Tullantıların idarə olunması üzrə, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit Siyasəti
Biz, daxili və xarici maraqlı tərəflərimizə bəyan edirik ki, qanunlara və qaydalara riayət etmək, ətraf mühitə təsirləri minimuma endirmək, insanları qorumaq və xərcləri azaltmaq yolu ilə tullantıların düzgün idarə olunması, daşınması və zərərsizləşdirilməsini öhdəlik götürmüşük.
Bu siyasətlə əlaqəli olaraq biz aşağıdakıları edəcəyik:
- Bütün heyyətdən, sağlamlıq, əməyin təhlükəsizliyi, və ətraf mühitin mühafizəsinə dair fəaliyyət və tələblərə uyğunluq, və liderlik üzrə öhdəlik nümayiş etdirmələrini gözləyəcəyik.
- Əməliyyatlarımızın müvafiq sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin aspektləri barədə bütün maraqlı tərəfləri məlumatlandıracayıq.
- Onların narahatçılıqlarını dinləyəcək, məsləhətləşəcək və açıq şəkildə cavab verəcəyik
- Tətbiq olunan sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə qaydaları, qanunları və digər tələbləri yerinə yetirəcəyik
- İşçilər üçün təhlükəsiz iş yerləri təmin edəcəyik
- Təbii ehtiyatların sərfiyyatının azaldılması, ətraf mühitin qorunması, torpağın, hava və suyun çirklənməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirəcəyik
- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə fəaliyyətimizin davamlı yaxşılaşdırılmasını təmin etmək üçün qarşıya məqsədlər qoyacaq və onun yerinə yetirilməsi üçün yaradılmış proqramın statusunu monitoring edəcəyik
- Yaradılmış məqsədlərə nail olmaq üçün təlimlər də daxil olmaqla bütün dəstəklər təmin ediləcək
- Proseduranın tələblərini əsas meyar tutaraq tullantıların idarəolunması üzrə auditlər keçirəcəyik
- Baş vermiş uyğunsuzluğa və ya insidentə reaksiya verəcək, düzəldici tədbirlər görəcək və gələcəkdə təkrarlanmaması üçün kök səbəbləri müəyyənləşdirəcəyik.
Heç bir fəaliyyət və xidmət onları təhlükəsiz və ətraf mühitə cavabdeh bir şəkildə zaman ayıraraq planlaşdırmaq və həyata keçirmək qədər vacib deyil.


